- Dünya çempionatı
- 15:33 06.06.2026
Argentina millisinin baş məşqçisi Lionel Skaloni “İnter Mayami”nin hücumçusu Lionel Messinin vəziyyəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın “ESPN"ə istinadən məlumatına görə, argentinalı ulduz may ayının sonunda əzələ zədəsi almasına baxmayaraq, milli komandanın 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilib.
Skaloni Messinin bərpa prosesinin müsbət istiqamətdə getdiyini bildirib.
"Leo ilə hər şey qaydasındadır. O, komanda ilə birlikdə məşq edib və bu çox vacibdir. Tam təcrid olunmayıb və sağalma prosesi gedir. Ola bilər ki, o, yoldaşlıq oyunlarında da iştirak etsin və meydana çıxsın. Ümumilikdə artıq daha yaxşıdır və bu bizi sakitləşdirir", - deyə baş məşqçi ESPN-ə açıqlamasında bildirib.
O, həmçinin komanda daxilində mümkün zədələrə qarşı hazır olduqlarını vurğulayıb.
"Əgər kiminsə zədəsi olsa və oynaya bilməsə, biz alternativ tapmaqda tam əminik", - deyə Skaloni əlavə edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir.