25 sentyabr 2026. Cümə

Argentina millisi DÇ-2026 öncəsi itki ilə üzləşdi


Argentina millisi DÇ-2026 öncəsi itki ilə üzləşdi

Argentina millisinin müdafiəçisi Leonardo Balerdi 2026-cı il dünya çempionatında komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı futbolçu məşq zamanı əzələ zədəsi alıb. Zədə səbəbindən Balerdi mundial üçün açıqlanan yekun heyətdən çıxarılıb.

Məlumata görə, Argentina millisinin baş məşqçisi Lionel Skaloni yaxın vaxtlarda müdafiəçinin əvəzləyicisini heyətə dəvət edəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı gələn həftə start götürəcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 milli komanda iştirak edəcək.

Hazırkı dünya çempionu Argentina qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə qarşılaşacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər