22 iyul 2026. Çərşənbə

Leao rəqibə zərbə endirdi, meydandan qovuldu


Leao rəqibə zərbə endirdi, meydandan qovuldu

Portuqaliya və Çili milli komandaları arasında keçirilən yoldaşlıq görüşü gərgin anlarla yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, Lissabondakı “Eştadiu Nasional du Jamor” stadionunda baş tutan qarşılaşmanın ilk hissəsinin sonlarına yaxın hər iki komandanın futbolçuları – Rafael Leao və İvan Roman meydandan qovulublar.

Epizod zamanı Portuqaliya millisinin hücumçusu Rafael Leao çilili müdafiəçi İvan Romanı bir neçə dəfə itələyib, daha sonra isə onun üzünə zərbə endirib. Baş hakim insidentə müdaxilə edərək hər iki futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Portuqaliya millisi hazırda 2026-cı il dünya çempionatına hazırlıq prosesini davam etdirir. Çili yığması isə seçmə mərhələni uğursuz başa vurduğundan mundialda iştirak etməyəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq. Portuqaliya yığması qrup mərhələsində Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.







Dünya çempionatı

"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
  • Dünya çempionatı
  • 23:37 21.07.2026
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"
  • Dünya çempionatı
  • 22:51 21.07.2026
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"