23 iyul 2026. Cümə axşamı

İran millisi DÇ-2026 üçün Meksikaya köçürüldü


İran millisi DÇ-2026 üçün Meksikaya köçürüldü

İran milli komandası 2026-cı il dünya çempionatı zamanı məskunlaşacağı bazaya yerləşmək üçün Meksikaya gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İran yığmasının ilkin olaraq ABŞ-nin Arizona ştatında yerləşməsi planlaşdırılırdı. Lakin ABŞ ilə İran arasında yaranmış gərginlik fonunda FIFA komandanın bazasını dəyişməsinə icazə verib.

Qeyd olunur ki, İran millisi dünya çempionatına yola düşməzdən əvvəl azarkeşlər tərəfindən antiamerikan şüarları ilə yola salınıb.

İran yığması ardıcıl dördüncü dəfə qatılacağı dünya çempionatının qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya milliləri ilə qarşılaşacaq.

Komandanın qrup mərhələsində keçirəcəyi hər üç oyun ABŞ ərazisində baş tutacaq. Turnirə isə ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək.







Dünya çempionatı

Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
  • Dünya çempionatı
  • 21:42 22.07.2026
Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı