23 iyul 2026. Cümə axşamı

“Fransa favorit olsa da, 2002-ci ili unutmuram”


“Fransa favorit olsa da, 2002-ci ili unutmuram”

Fransa millisinin baş məşqçisi Didye Deşam qarşıdan gələn dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis “üçrənglilərin” turnirin əsas favoritləri sırasında göstərilməsinə münasibət bildirib.

Deşam komandasının hücum xəttində böyük istedadların olduğunu qeyd etsə də, keçmiş təcrübəni də unutmadığını vurğulayıb:

“Hazırda çox sayda istedadlı hücumçumuz var. Onlar bunu həm klublarında, həm də millidə sübut edirlər. Amma mənim yaddaşım qısa deyil. 2002-ci ildə Fransa İngiltərə, İtaliya və Fransa liqalarının ən yaxşı bombardirlərinə sahib idi, lakin qrup mərhələsini qol vurmadan tərk etdik”, - deyə Deşam “Le Parisien”ə açıqlamasında bildirib.

Qeyd edək ki, 2002-ci il dünya çempionatında Fransa yığması qrup mərhələsində Senegal (0:1), Uruqvay (0:0) və Danimarka (0:2) ilə oyunlardan cəmi 1 xal toplayaraq mübarizəni dayandırmışdı.

Həmin heyətdə Tyerri Anri, Zinəddin Zidan, David Trezeqe və Cibril Sisse kimi ulduz futbolçular yer alırdı.







Dünya çempionatı

Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
  • Dünya çempionatı
  • 21:42 22.07.2026
Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı