18 iyul 2026. Şənbə

“Hədəfim eyni səviyyəni qorumaqdır”


“Hədəfim eyni səviyyəni qorumaqdır”

Meksika millisinin qapıçısı Qilyermo Oçoa karyerasında yeni rekorda imza ataraq 6-cı dəfə dünya çempionatının iştirakçısı olacaq.

90deqiqe.Az xəbər verir ki, təcrübəli qolkiper turnir öncəsi açıqlama verib və əsas məqsədinin yüksək səviyyəni qorumaq olduğunu bildirib.

“Bu, standartdır, bu, hədəfdir. Məqsədim bu səviyyədə qalmaqdır. Əgər meydana çıxıramsa, bunu etməliyəm. O səviyyəyə hazır olmalıyam. Əgər əsas heyətdə olmasam belə, komandaya kömək edib dəstək olacağam”

Qapıçı həmçinin futbolçu karyerasından sonra planları barədə də danışıb:

“Futboldan ayrılmaq çətindir. Adım və imicim futbol ilə bağlıdır. Qarşıda bir çox layihələr var. Mən uzunmüddətli planlar quran insanam. Dəyərlər və məqsədlər üst-üstə düşəndə birlikdə işləmək daha asan olur”, - deyə o qeyd edib.

Qeyd edək ki, Meksika millisi dünya çempionatının qrup mərhələsində Cənubi Afrika Respublikası, Çexiya və Cənubi Koreya ilə qarşılaşacaq.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"