1 oktyabr 2026. Cümə axşamı

"Bunu deməyəcəyəm, amma böyük xəyallarım var"


"Bunu deməyəcəyəm, amma böyük xəyallarım var"

İsveçrə millisinin lideri Qranit Caka 2026-cı il dünya çempionatında komandası üçün ideal nəticənin nə olacağı barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə FİFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb. 

"Bizim üçün ən vacib məsələ qrup mərhələsini keçməkdir. İsveçrə millisi üçün ideal ssenari? Hazırda ağlımdan keçən sözü deməyəcəyəm, amma böyük xəyallar qurmağı sevirəm"

Qeyd edək ki, qarşıdakı mundial 33 yaşlı futbolçunun karyerasında dördüncü dünya çempionatı olacaq. O, ilk dəfə 2014-cü ildə Braziliyada keçirilən mundialda iştirak edib.

Hazırda İngiltərənin "Sanderlend" klubunda çıxış edən Caka DÇ-2026-da İsveçrə millisinin əsas ümidlərindən biri olacaq.

İsveçrə yığması dünya çempionatının qrup mərhələsində B qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Kanada, Qətər və Bosniya və Herseqovina milliləri olacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər