1 oktyabr 2026. Cümə axşamı

Eriksen yenidən hər kəsi qorxutdu - Meydanda huşunu itirdi


Eriksen yenidən hər kəsi qorxutdu  - Meydanda huşunu itirdi

Danimarka millisinin təcrübəli futbolçusu Kristian Eriksenin iştirakı ilə keçirilən yoldaşlıq oyununda narahatedici anlar yaşanıb.

90deqiqe.Az xəbər verir ki, Danimarka və Ukrayna yığmaları arasında baş tutan qarşılaşma zamanı Eriksen qəfil meydançaya yıxılıb və huşunu itirib.

Hadisədən dərhal sonra futbolçular Eriksenin ətrafına toplaşıblar, tibbi heyət isə təcili şəkildə müdaxiləyə başlayıb. Yaşanan insident səbəbindən oyun təxminən 10 dəqiqəlik fasilədən sonra yarımçıq dayandırılıb.

Danimarka Futbol Federasiyası sosial şəbəkə hesablarında yaydığı açıqlamada futbolçunun vəziyyəti ilə bağlı məlumat verib.

"Kristian Eriksenin huşu özündədir və müalicəsi davam etdirilir", - deyə federasiyanın açıqlamasında bildirilir.

Qeyd edək ki, Eriksen daha əvvəl də futbol meydanında oxşar hadisə yaşamışdı. O, 2021-ci ildə keçirilən Avropa çempionatında Finlandiyaya qarşı oyunun 43-cü dəqiqəsində ürək dayanması keçirmişdi. Həmin vaxt meydanda göstərilən operativ tibbi yardım və ürək masajı sayəsində futbolçunun həyatı xilas edilmişdi.

Daha sonra ürəyinə xüsusi kardioverter-defibrilyator (ICD) yerləşdirilən Eriksen bütün çətinliklərə baxmayaraq peşəkar futbola qayıtmağa nail olmuşdu.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər