25 sentyabr 2026. Cümə

Ronaldinyo Braziliya millisinə dəstək mesajı ünvanladı


Ronaldinyo Braziliya millisinə dəstək mesajı ünvanladı

Braziliya millisinin və dünya futbolunun əfsanələrindən olan Ronaldinyo yığma komandaya dəstək mesajı ünvanlayıb.

90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu sosial şəbəkə hesabında paylaşım edərək dünya çempionatında çıxış edəcək futbolçulara və məşqçilər korpusuna uğurlar arzulayıb.

"Bu hazırlıq anları üçün darıxıram. Həyəcanı və meydana çıxmaq istəyini çox yaxşı xatırlayıram. Ölkəmizi növbəti dünya çempionatında təmsil edəcək bütün oyunçulara və məşqçilər heyətinə uğurlar arzulayıram. Sevinc və azadlıq hissi ilə oynayın. Bütün Braziliya sizinlə olacaq", - deyə Ronaldinyo bildirib.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatındakı ilk oyununu iyunun 14-də Mərakeş yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində daha sonra Haiti və Şotlandiya milliləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Ronaldinyo dünya çempionatlarında 2002 və 2006-cı illərdə iştirak edib. Braziliya yığması 2002-ci ildə dünya çempionu olub, 2006-cı ildə isə turnirin dörddəbir final mərhələsinə qədər irəliləyib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər