1 oktyabr 2026. Cümə axşamı

Timber dünya çempionatını buraxacaq


Timber dünya çempionatını buraxacaq

Niderland millisinin və “Arsenal”ın müdafiəçisi Yurrian Timber 2026-cı il dünya çempionatında iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumata görə, bu barədə Niderland milli komandasının rəsmi sosial şəbəkə hesabı məlumat yayıb.

24 yaşlı futbolçunun qasıq nahiyəsindən aldığı zədədən tam bərpa olunmadığı bildirilib. Tibbi heyətlə aparılan məsləhətləşmələrdən sonra onun turnirə qatılmasının tibbi baxımdan məqsədəuyğun olmadığına qərar verilib.

Qərara əsasən, Timber Nyu-Yorkda keçirilən hazırlıq toplanışını Uzbəkistan yığması ilə oyundan sonra tərk edəcək.

Qeyd edək ki, müdafiəçi zədəni 14 mart 2026-cı ildə İngiltərə Premyer Liqasında “Everton”a qarşı oyunda alıb.

Niderland millisi dünya çempionatının F qrupunda Yaponiya, İsveç və Tunis yığmaları ilə mübarizə aparacaq. Turnir 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər