1 oktyabr 2026. Cümə axşamı

Del Pyero 2006-cı il dünya çempionatını xatırladı


Del Pyero 2006-cı il dünya çempionatını xatırladı

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero 2006-cı il dünya çempionatındakı uğurlu çıxışlarını xatırlayıb.

90deqiqe.Az-ın məlumata görə, sabiq futbolçu həmin turnirin onun karyerasında xüsusi yer tutduğunu bildirib.

“Penaltilər tamamilə psixoloji məqamdır. Biz həmin dünya çempionatında mükəmməl idik. Çox güclü Fransa yığmasını məğlub etdik”, - deyə Del Pyero bildirib.

Qeyd edək ki, İtaliya millisi 2006-cı ildə dünya çempionu olub. Del Pyero yarımfinalda Almaniyaya qarşı qol vurub, finalda isə Fransa ilə oyunda penaltini dəqiq yerinə yetirib.

Xatırladaq ki, Alessandro Del Pyero peşəkar futbolçu karyerasını 2015-ci ildə başa vurub.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər