9 iyun 2026. Çərşənbə axşamı

İran azarkeşləri dünya çempionatında komandalarını tribunadan dəstəkləyə bilməyəcəklər


İran azarkeşləri dünya çempionatında komandalarını tribunadan dəstəkləyə bilməyəcəklər

İran milli komandasının azarkeşləri futbol üzrə dünya çempionatının oyunlarına bilet əldə etmək imkanını itiriblər.

90deqiqe.Az İran Futbol Federasiyasına istinadən xəbər verir ki, turnirin startına iki gün qalmış təşkilatçılar İran azarkeşləri üçün ayrılmış bilet kvotasını ləğv ediblər. Bu qərar nəticəsində minlərlə azarkeş mundial matçlarını stadiondan izləmək şansından məhrum olub.

İran Futbol Federasiyasından bildirilib ki, bir çox azarkeş rəsmi prosedurlara uyğun şəkildə ABŞ-yə səfər planlarını əvvəlcədən hazırlayıb, nəqliyyat və yerləşmə ilə bağlı zəruri addımları atıb. Lakin buna baxmayaraq, onlar milli komandanın oyunlarına tamaşa etmək hüququndan məhrum ediliblər.

Federasiya məsələ ilə bağlı narahatlığını ifadə edib və qərarın iranlı azarkeşlər arasında ciddi narazılıq yaratdığını vurğulayıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə üz-üzə gələcək. Asiya təmsilçisi bütün qrup oyunlarını ABŞ-də keçirəcək.







Dünya çempionatı

Braziliya millisində Neymar sürprizi
  • Dünya çempionatı
  • 22:55 09.06.2026
Braziliya millisində Neymar sürprizi
Timber dünya çempionatını buraxacaq
  • Dünya çempionatı
  • 22:46 08.06.2026
Timber dünya çempionatını buraxacaq