19 iyul 2026. Bazar günü

FİFA 2026-cı il dünya çempionatında yeni qazanc yolu tapdı


FİFA 2026-cı il dünya çempionatında yeni qazanc yolu tapdı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2026-cı il dünya çempionatının startı ərəfəsində azarkeşlər üçün yeni ödənişli xidmət istifadəyə verib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata əsasən, azarkeşlər 79 ABŞ dolları (təxminən 5500 rubl) ödəməklə stadionun böyük ekranlarında öz mesajlarının göstərilməsini təmin edə biləcəklər.

Bu xidmət çərçivəsində fanatlar öz adlarını və ya qısa mesajlarını göndərərək qarşılaşmaların start fitindən əvvəl arenanın ekranlarında nümayiş etdirə bilərlər.

2026-cı il dünya çempionatı 11 iyunda start götürəcək və tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək.

Turnir ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatının oyunlarının mətnli canlı yayımları da bizim portal vasitəsilə təqdim ediləcək.







Dünya çempionatı

"Onun istedadı bənzərsizdir"
  • Dünya çempionatı
  • 15:28 19.07.2026
"Onun istedadı bənzərsizdir"
Saka het-trik etdi
  • Dünya çempionatı
  • 02:57 19.07.2026
Saka het-trik etdi
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı
  • Dünya çempionatı
  • 02:48 19.07.2026
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı