25 sentyabr 2026. Cümə

Braziliya millisində Neymar sürprizi


Braziliya millisində Neymar sürprizi

Zədə səbəbindən bərpa prosesi keçən hücumçu Neymarın vəziyyəti ilə bağlı yenilənmiş məlumat yayılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Globo Esporte” nəşri xəbər verib.

Məlumata görə, 34 yaşlı futbolçu Braziliya millisinin dünya çempionatındakı ilk matçında meydana çıxmağa hazır ola bilər.

Bundan əvvəl Neymarın turnirdə yalnız ikinci oyuna qədər tam hazır olacağı bildirilirdi. Lakin son məlumatlara əsasən, hücumçunun bərpa prosesi uğurla davam edir.

Braziliya millisi dünya çempionatında ilk oyununu 14 iyun tarixində yerli vaxtla saat 01:00-da keçirəcək. Rəqib Mərakeş yığması olacaq.

Qeyd edək ki, Braziliya millisi sonuncu dəfə dünya çempionu adını 2002-ci ildə qazanıb.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər