25 sentyabr 2026. Cümə

Mbappe millidə 3-cü oyundur qol vura bilmir


Mbappe millidə 3-cü oyundur qol vura bilmir

Kilian Mbappe Fransa millisində ardıcıl üçüncü oyunda fərqlənə bilməyib. Şimali İrlandiya ilə keçirilən yoldaşlıq görüşündə onun komandası 3:1 hesabı ilə qalib gəlib, Maykl Olisenin isə hat-triki qeydə alınıb.

 90deqiqe.Az-ın məlumata görə, Didye Deşam komandanın liderinin formasına dair suallara sakit reaksiya verib və narahatlıq üçün səbəb görmədiyini bildirib.

“Qətiyyən narahat olmayacağam. Bəli, onun bir neçə imkanı oldu, amma kifayət qədər dəqiq deyildi. O mənə dedi ki, qollarını ABŞ-dakı turnir üçün saxlayır, buna görə də mənim üçün problem yoxdur,” — deyə Deşam TF1-ə bildirib.

Mbappenin Fransa millisində 98 oyunda 56 qolu var.

Dünya çempionatında onun komandası Seneqal, İraq və Norveçlə eyni qrupda mübarizə aparacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər