27 iyul 2026. Bazar ertəsi

"Neymar oynasa da, oynamasa da, komandaya lazımdır"


"Neymar oynasa da, oynamasa da, komandaya lazımdır"

Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos Neymarın komanda üçün əhəmiyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Ole" nəşri sabiq futbolçunun dediklərini belə çatdırıb.

 “Biz Neymarın yüz faiz hazır olub-olmayacağını görməliyik. Komandanın ona ehtiyacı var – istər oynasın, istərsə də oynamasın. Çünki o, ehtiyat oyunçular skamyasında olsa belə, komandaya çox şey qazandırır. Meydana çıxanda isə əsl futbol tamaşası nümayiş etdirir”, – deyə Roberto Karlos bildirib.

Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Neymar dünya çempionatında Braziliya millisinin ilk oyununa qədər tam bərpa oluna bilər.

Braziliya millisi dünya çempionatındakı ilk oyununu iyunun 14-də Mərakeş yığmasına qarşı keçirəcək. “Seleçao” qrup mərhələsində daha sonra Haiti və Şotlandiya milliləri ilə üz-üzə gələcək.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"