12 iyun 2026. Cümə

“Rekordlar barədə düşünmürəm”


“Rekordlar barədə düşünmürəm”

Argentina milli komandasının kapitanı Lionel Messi öz rekordundan danışıb.

90deqiqe.Az xəbər verir ki, o, Argentina millisinin heyətində qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb.

“Bu rekorddan xəbərim var idimi? Xeyr, bilmirdim. Mən rekordlar və ya şəxsi nailiyyətlər barədə düşünmürəm. Mənim üçün əsas olan komandamızın ümumi məqsədidir”, – deyə Messi jurnalistlərlə söhbəti zamanı bildirib.

Yoldaşlıq görüşündə Argentina millisi İslandiya yığmasını 3:0 hesabı ilə məğlub edib. Lionel Messi oyuna sonradan daxil olduqdan qısa müddət sonra təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.

İyunun 17-də, çərşənbə günü Argentina millisi dünya çempionatında ilk oyununa çıxacaq. Komanda Əlcəzair millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.







Dünya çempionatı

Kafu DÇ-2026-nın favoritlərini açıqladı
  • Dünya çempionatı
  • 23:03 11.06.2026
Kafu DÇ-2026-nın favoritlərini açıqladı
FIFA Haiti millisinin formasına müdaxilə etdi
  • Dünya çempionatı
  • 15:37 11.06.2026
FIFA Haiti millisinin formasına müdaxilə etdi
“Rekordlar barədə düşünmürəm”
  • Dünya çempionatı
  • 23:13 10.06.2026
“Rekordlar barədə düşünmürəm”