25 sentyabr 2026. Cümə

FIFA Haiti millisinin formasına müdaxilə etdi


FIFA Haiti millisinin formasına müdaxilə etdi

Haiti milli komandası futbol üzrə dünya çempionatı öncəsi oyun formalarında dəyişiklik etməyə məcbur qalıb.

90deqiqe.Az xəbər verir ki, buna FIFA-nın Karib hövzəsi təmsilçisinin formalarında yer alan bəzi elementləri “siyasi məzmunlu” hesab etməsi səbəb olub.

Beynəlxalq futbol qurumunun iradından sonra Haiti Futbol Federasiyası həm ev, həm də səfər formalarının dizaynında dəyişiklik etmək qərarına gəlib. Dəyişikliklərin konkret olaraq hansı elementləri əhatə etdiyi barədə isə məlumat verilməyib.

FIFA-nın qaydalarına əsasən, beynəlxalq turnirlərdə iştirak edən komandaların formalarında siyasi, dini və ya ideoloji məzmun daşıyan simvol və mesajların yer almasına icazə verilmir.

Qeyd edək ki, Haiti millisi dünya çempionatındakı ilk oyununu Şotlandiya yığmasına qarşı keçirəcək. Bu səbəbdən komanda yenilənmiş formalarla mundialda mübarizəyə başlayacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər