- Dünya çempionatı
- 23:59 11.06.2026
“Betis”in cinah hücumçusu Abdessamad Ezzalzuli və “Marsel”in müdafiəçisi Nayef Ager zədələr səbəbindən Mərakeş millisinin dünya çempionatındakı oyunlarında iştirak edə bilməyəcəklər.
90deqiqe.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəsmi məlumatında bildirilib.
İspaniya klubunun futbolçusu Norveç millisinə qarşı keçirilən yoldaşlıq görüşündə (1:1) sağ dizinin bağlarından zədə alıb. Nayef Agerin zədəsinin xarakteri isə açıqlanmayıb.
Onların əvəzinə Mərakeş millisinin heyətinə “Anje”nin hücumçusu Məhəmməd Amin Sbai və “Əl-Fəth”in müdafiəçisi Mərvan Sadane dəvət olunublar.
2026-cı il dünya çempionatında Mərakeş millisi C qrupunda Braziliya, Haiti və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.