19 iyul 2026. Bazar günü

Kafu DÇ-2026-nın favoritlərini açıqladı


Kafu DÇ-2026-nın favoritlərini açıqladı

Braziliya millisinin sabiq müdafiəçisi Kafu 2026-cı il dünya çempionatının əsas favoritləri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "La Gazzetta dello Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Argentina hələ də çox rəqabətqabiliyyətli komandadır. Fransa yığması bütün mövqelərdə yüksək ustalığa malikdir. İspaniya, İngiltərə və Almaniya kimi komandalar da ön sıralarda yer ala bilərlər. Lakin söhbət dünya çempionatından gedirsə, Braziliya həmişə favoritlərdən biri hesab olunmalıdır”, – deyə Kafu bildirib.

Keçmiş futbolçu əlavə edib ki, Braziliya millisi qarşıdakı mundialda uğurlu nəticə göstərmək üçün özünəinamını bərpa etməli və daha sakit çıxış etməlidir.

Xatırladaq ki, ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatı bu gün, iyunun 11-də start götürəcək. Turnirin açılış oyununda Meksika millisi Cənubi Afrika Respublikası yığması ilə üz-üzə gələcək.







Dünya çempionatı

"Onun istedadı bənzərsizdir"
  • Dünya çempionatı
  • 15:28 19.07.2026
"Onun istedadı bənzərsizdir"
Saka het-trik etdi
  • Dünya çempionatı
  • 02:57 19.07.2026
Saka het-trik etdi
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı
  • Dünya çempionatı
  • 02:48 19.07.2026
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı