- Dünya çempionatı
- 01:06 12.06.2026
2026-cı il dünya çempionatının çoxdan gözlənilən açılış matçında Meksika və Cənubi Afrika Respublikası yığmaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Meksika millisinin qapıçısı Qilyermo Oçoa komandasının ehtiyat oyunçular skamyasında yer alıb. Bununla da o, futbol tarixində altı dünya çempionatında iştirak etmiş ilk oyunçu kimi qeydə alınıb.
40 yaşlı təcrübəli qolkiper hazırda Kiprin AEL klubunda çıxış edir. O, əvvəlki dünya çempionatlarında 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə Meksika millisinin heyətində yer alıb.
Meksika–Cənubi Afrika Respublikası görüşünün canlı mətn yayımı portalımızda təqdim olunur. Bir neçə dəqiqə əvvəl qarşılaşmanın start fiti səsləndirilib və tarixə düşən an rəsmən başlayıb.