19 iyul 2026. Bazar günü

DÇ-2026-nın ilk qolunu Meksika millisinin hücumçusu vurdu


DÇ-2026-nın ilk qolunu Meksika millisinin hücumçusu vurdu

2026-cı il futbol üzrə dünya çempionatının açılış matçında Meksika millisinin hücumçusu Xulian Kinyones 9-cu dəqiqədə fərqlənib və DÇ-2026-nın ilk qolunun müəllifi olub.

90deqiqe.Az-ın məlumatına görə, görüş Mexikodakı “Asteka” stadionunda keçirilir və hesab 1:0 Meksikanın xeyrinədir. Matçın baş hakimi braziliyalı Vilton Sampaio (Terezina-di-Qoyas)dır.

Qarşılaşma A qrupunda baş tutur. Meksika millisi 2-ci turda Cənubi Koreya (19 iyun), 3-cü turda isə Çexiya (25 iyun) ilə üz-üzə gələcək. Cənubi Afrika Respublikası isə 2-ci turda Çexiya (18 iyun), 3-cü turda isə Cənubi Koreya (25 iyun) ilə oynayacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina və Fransa qarşılaşıb. Əsas vaxt 3:3 hesabı ilə başa çatıb, penaltilərdə isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.







Dünya çempionatı

"Onun istedadı bənzərsizdir"
  • Dünya çempionatı
  • 15:28 19.07.2026
"Onun istedadı bənzərsizdir"
Saka het-trik etdi
  • Dünya çempionatı
  • 02:57 19.07.2026
Saka het-trik etdi
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı
  • Dünya çempionatı
  • 02:48 19.07.2026
Maykl Olise Pelenin 56 illik rekordunu qırdı