14 iyul 2026. Çərşənbə axşamı

Kinyonesin qolu son 20 ilin açılış matçlarında ən erkən qollardan biri oldu


Kinyonesin qolu son 20 ilin açılış matçlarında ən erkən qollardan biri oldu

Meksika millisinin hücumçusu Xulian Kinyonesin Cənubi Afrika Respublikasının qapısına vurduğu qol dünya çempionatlarının açılış matçları tarixində son 20 ilin ən erkən qollarından biri kimi qeydə alınıb.

90deqiqe.Az-ın məlumatına görə, bu hadisə oyunun 9-cu dəqiqəsində baş verib.

2006-cı il dünya çempionatında Almaniya millisinin futbolçusu Filipp Lam Kosta-Rika qapısına 6-cı dəqiqədə yol tapmışdı. 2014-cü ildə Braziliya Xorvatiya ilə matçda 11-ci dəqiqədə avtoqola imza atmışdı. Dörd il sonra, 2018-ci il turnirində Rusiya–Səudiyyə Ərəbistanı görüşündə Yuri Qazinski 12-ci dəqiqədə fərqlənmişdi.

Digər tərəfdən, 2010-cu il dünya çempionatında Cənubi Afrika Respublikasının futbolçusu Sifive Şabalala Meksika millisinin qapısına oyunun 55-ci dəqiqəsində qol vurmuşdu.







Dünya çempionatı

"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı