28 iyul 2026. Çərşənbə axşamı

FİFA tamaşaçı sayı ilə bağlı iddialara aydınlıq gətirib


FİFA tamaşaçı sayı ilə bağlı iddialara aydınlıq gətirib

Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) 2026-cı il dünya çempionatı çərçivəsində keçirilən Cənubi Koreya – Çexiya (2:1) matçının tamaşaçı sayı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Meksikanın Qvadalaxara şəhərində yerləşən “Akron” stadionunda baş tutub. FİFA-nın məlumatına əsasən, oyunu 44 985 azarkeş izləyib. Lakin matçdan sonra bəzi jurnalistlər tribunada boş yerlərin olduğunu qeyd ediblər.

FİFA-nın açıqlamasında bildirilir ki, rəsmi tamaşaçı sayı stadion ərazisinə daxil olan və bileti skan edilən azarkeşlərin sayına əsaslanır və bu göstərici oyunun hər anında oturacaqların vizual doluluğunu əks etdirmir.

Qurum qeyd edib ki, stadion administrasiyası və bilet xidmətləri ilə sıx əməkdaşlıq edilir və təqdim olunan bütün məlumatlar yoxlanılmış operativ informasiyaya əsaslanır.

Açıqlamada həmçinin vurğulanıb ki, matç zamanı bəzi azarkeşlər öz yerlərində deyil, keçidlərdə dayanaraq oyunu izləyiblər və bu da tribunaların vizual doluluğuna təsir göstərib.







Dünya çempionatı

DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
  • Dünya çempionatı
  • 23:46 27.07.2026
DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
  • Dünya çempionatı
  • 23:20 27.07.2026
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
Maldini cəmi 10 gün sonra istefa verdi
  • Dünya çempionatı
  • 23:09 27.07.2026
Maldini cəmi 10 gün sonra istefa verdi