17 iyul 2026. Cümə

“64 komanda olsa, İtaliya seçmə mərhələni keçərdi”


“64 komanda olsa, İtaliya seçmə mərhələni keçərdi”

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino gələcəkdə dünya çempionatında iştirak edən komandaların sayının artırılması ehtimalı barədə danışıb və İtaliya millisinin mundiala vəsiqə qazana bilməməsi ilə bağlı zarafat edib.

90deqiqe.Az xəbər verir ki, "Tuttosport" funksionerin dediklərini belə çatdırıb.

 “Biz dünya çempionatının iştirakçı sayının 64 milli komandaya çatdırılması imkanını artıq araşdırmışıq ki, futbol dünyasının daha geniş hissəsini bu yarışa cəlb edə bilək. Bu məsələ Federasiyanın Şurasına təqdim olunub. Lakin hələlik gəlin, əvvəlcə 48 komandalı ilk dünya çempionatının həyəcanını yaşayaq. Əgər yarışda 64 komanda iştirak etsəydi, yəqin ki, İtaliya da seçmə mərhələni keçə bilərdi. Hətta onların iştirakını tam təmin etmək üçün komandaların sayını 208-ə də çatdıra bilərik”, – deyə İnfantino bildirib.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək dünya çempionatında 48 milli komanda mübarizə aparacaq.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"