25 sentyabr 2026. Cümə

Mbappe federasiya rəhbəri ilə mükafatlar məsələsində razılığa gəldi


Mbappe federasiya rəhbəri ilə mükafatlar məsələsində razılığa gəldi

Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe 2026-cı il dünya çempionatı üçün nəzərdə tutulan mükafatlar, eləcə də futbolçuların ailələri üçün ayrılan yerlərlə bağlı Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo ilə aparılan danışıqlarda sərt mövqe nümayiş etdirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Équipe" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Mbappe danışıqlarda komandanın əsl lideri kimi çıxış edib və nəticədə Diallo ilə razılıq əldə olunmasına nail olub.

Fransa millisinin bəzi futbolçuları vurğulayıblar ki, onların mükafatların artırılması ilə bağlı tələbi şəxsi qazanc əldə etmək məqsədi daşımır.

Qeyd olunub ki, bir sıra oyunçular milli komandada qazandıqları vəsaiti xeyriyyə məqsədlərinə yönəldir və ya bu ödənişlərdən pay almayan komandanın texniki heyət üzvlərinə verirlər.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər