3 avqust 2026. Bazar ertəsi

"Fransa millisinin formasını yenidən geyinmək istəyirəm"


"Fransa millisinin formasını yenidən geyinmək istəyirəm"

Ötən yay "Monako"ya transfer olunan Pol Poqba Fransa millisində yenidən çıxış etmək istədiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə sağlamlıq problemləri və fiziki hazırlıq çatışmazlığı səbəbindən cəmi altı oyunda meydana çıxıb və ümumilikdə 115 dəqiqə oynayıb.Buna baxmayaraq, təcrübəli futbolçu gələcəyə nikbin baxdığını bildirib.

"Mənə oyun ritmi çatmırdı. Texniki tərəfdən danışmağa ehtiyac yoxdur, çünki məşqçilər və futbolçular bunu məşqlərdə görürlər. Söhbət daha çox fiziki vəziyyətdən gedir. Xüsusilə də ardıcıl zədələr yaşadıqdan sonra, o cümlədən cəzalandırılmamdan əvvəl. Formamı bərpa etməliyəm. Yenidən yüksək səviyyəyə qayıtmaq üçün məhz buna ehtiyacım var.

Fransa millisi isə əlavə motivasiyadır. Hər bir futbolçu üçün bu, arzudur. Mənim üçün də həmin formanı yenidən geyinmək hələ də böyük arzudur. Amma bu hüququ qazanmaq lazımdır", - deyə Poqba bildirib.

Qeyd edək ki, Pol Poqba sonuncu dəfə Fransa millisinin heyətində 2022-ci ilin mart ayında meydana çıxıb.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı