- Dünya çempionatı
- 01:05 19.06.2026
İngiltərə millisinin sabiq futbolçusu Qari Nevill “Bavariya”nın hücumçusu Harri Keynin milli komanda üçün əhəmiyyətindən danışıb.
90deqiqe.Az xəbər verir ki, ekspertin fikrincə, 2026-cı il dünya çempionatında İngiltərə millisinin nəticələri əsasən Keynin oyunundan asılı olacaq, çünki komandanın hücum xətti məhz onun ətrafında qurulub.
“Bu, ulduz futbolçudur. İngiltərə millisində istedadlı oyunçulardan danışılır, amma bizim yalnız bir həqiqi dünya səviyyəli futbolçumuz var və o da Keyndir. Təzyiq? O bunu hiss etməyəcək. O, daş kimi möhkəmdir. O, ən yaxşı peşəkarlardan biridir”, - deyə Nevill bildirib.
Qeyd edək ki, ötən mövsümdə Keyn 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib.
İngiltərə millisi 2026-cı il dünya çempionatında L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq. İlk turda Tomas Tuxelin rəhbərlik etdiyi komanda 17 iyunda Xorvatiya ilə qarşılaşacaq.