3 avqust 2026. Bazar ertəsi

“Fransanın dünya çempionatını qazanması üçün təkcə ulduzlar kifayət deyil”


“Fransanın dünya çempionatını qazanması üçün təkcə ulduzlar kifayət deyil”

Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba yığmanın dünya çempionatında uğur qazanması üçün təkcə yüksək səviyyəli futbolçuların olmasının kifayət etmədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "ESPN" futbolçunun dediklərini belə çatdırıb.

“Məncə, hamı Fransa millisinin turnirin favoriti olduğunu düşünür. Onlar da bunu doğrultmalıdırlar. Komandada, bəlkə də, dünyanın ən yaxşı oyunçuları var. Amma aydındır ki, dünya çempionatını qazanmaq üçün təkcə bu kifayət etmir və bu, onlara əlavə təzyiq yaradır. Onlar mümkün olan ən yüksək səviyyəni qoruyub saxlamalıdırlar”, - deyə Poqba bildirib.

Qeyd edək ki, Pol Poqba 2018-ci ildə Fransa millisinin tərkibində dünya çempionu olub. Həmin turnirin finalında Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub etmişdi.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı