1 oktyabr 2026. Cümə axşamı

Kanada Bosniya və Herseqovina ilə heç-heçə etdi


Kanada Bosniya və Herseqovina ilə heç-heçə etdi

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunun 1-ci turu çərçivəsində Kanada və Bosniya və Herseqovina milli komandaları arasında keçirilən matç başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Torontodakı “Bi-Em-O Fild” stadionunda oynanılıb. Baş hakim funksiyasını argentinalı Fakundo Telyo yerinə yetirib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 21-ci dəqiqədə Bosniya və Herseqovina millisinin hücumçusu Yovo Lukiç açıb. İkinci hissədə 79-cu dəqiqədə Kanada yığmasının hücumçusu Kayl Larin hesabı bərabərləşdirib. Bosniya və Herseqovina millisinin müdafiəçisi və kapitanı Sead Kolaşinac zədə səbəbindən 84-cü dəqiqədə meydanı tərk edib.

Bu oyundan sonra Kanada və Bosniya və Herseqovina komandaları bir xal toplayaraq turnir cədvəlində müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşıblar. 13 iyunda bu qrupun 1-ci turu çərçivəsində Qətər və İsveçrə yığmaları üz-üzə gələcək.

2-ci turda Kanada milli komandası Qətərlə (19 iyun), 3-cü turda isə İsveçrə ilə (24 iyun) qarşılaşacaq. Bosniya və Herseqovina isə 2-ci turda İsveçrə ilə (18 iyun), 3-cü turda Qətərlə (24 iyun) oynayacaq.

Futbol üzrə 2026-cı il dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il dünya çempionatının finalında Argentina və Fransa yığmaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər