1 oktyabr 2026. Cümə axşamı

FİFA tribunaların doluluğu ilə bağlı iddialara cavab verdi


FİFA tribunaların doluluğu ilə bağlı iddialara cavab verdi

FİFA 2026-cı il dünya çempionatının qrup mərhələsi matçlarında tamaşaçı sayı ilə bağlı irəli sürülən iddialara cavab verib.

 90deqiqe.Az xəbər verir ki, qurumun rəsmi açıqlamasında bildirilib ki, rəsmi tamaşaçı statistikası vizual qiymətləndirməyə əsaslanmır:

“Rəsmi tamaşaçı statistikası istənilən anda stadiondakı oturacaqların doluluğunu deyil, skan edilmiş biletlərin sayını və stadion ərazisində olan tamaşaçıları əks etdirir.”

FİFA həmçinin qeyd edib ki, yayılan hər bir məlumatın dəqiqliyini yoxlamağa çalışır.

Çexiya və Cənubi Koreya arasında keçirilən matçda tribunaların yarıboş görünməsi ilə bağlı isə qurum belə izah verib ki, bir çox azarkeş sadəcə yerlərini tərk edərək stadionun alt hissəsində yerləşən zonalarda olub.

Qeyd edək ki, translyasiyalar zamanı tribunaların böyük hissəsinin boş olduğu aydın görünsə də, rəsmi hesabatlarda demək olar ki, tam dolu stadionlar göstərilir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər