- Dünya çempionatı
- 10:52 13.06.2026
İyunun 12-dən 13-nə keçən gecə futbol üzrə 2026-cı il dünya çempionatının D qrupunun 1-ci turu çərçivəsində ABŞ və Paraqvay milli komandaları arasında görüş keçirilib.
90deqiqe.Az xəbər verir ki, komandalar ABŞ-nin İnqlvud şəhərində yerləşən “Sou-Fay” stadionunda üz-üzə gəliblər. Qarşılaşmanın baş hakimi Niderlandın Dordrext şəhərindən olan Dani Makkeli olub.
Matçın 45+5-ci dəqiqəsində ABŞ millisinin hücumçusu Folarin Baloqun dublunu rəsmiləşdirərək komandasının üstünlüyünü daha da artırıb. Bundan əvvəl, 7-ci dəqiqədə Paraqvay yığmasının yarımmüdafiəçisi Damyan Bobadilya topu öz qapısından keçirib. Baloqun 29-cu dəqiqədə ikinci qolunu vursa da, epizod oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb. Hücumçu 31-ci dəqiqədə isə hesabı artırmağa nail olub.
İkinci hissənin ortalarında Maurisio Paraqvay millisinin hesabına bir qol yazdıraraq fərqi azaltdı. Qarşılaşmanın sonlarına yaxın isə Covanni Reyna ABŞ yığmasının dördüncü qolunu vurub.
Beləliklə, ABŞ millisi dünya çempionatına inamlı qələbə ilə başlayaraq Paraqvayı 4:1 hesabı ilə məğlub edib.