- Dünya çempionatı
- 22:34 14.06.2026
2026-cı il dünya çempionatında ilk oyununa hazırlaşan İngiltərə millisinin məşq avadanlıqları oğurlanıb.
90deqiqe.Az xəbər verir ki, hadisə ilə bağlı araşdırma başlanıb, iki nəfər saxlanılıb.
Dünya çempionatının L qrupunda ilk matçına iyunun 17-də Xorvatiyaya qarşı çıxacaq İngiltərə millisində xoşagəlməz hadisə yaşanıb. Komandanın Kanzas Sitiyə çatmasından əvvəl məşq avadanlıqlarının oğurlandığı bildirilir.
Məlumata görə, İngiltərə millisinin Kanzas Sitidə məşq edəcəyi bazaya avadanlıq aparan nəqliyyat vasitələrindən əşyalar oğurlanıb. İngiltərə Futbol Assosiasiyası itkin düşən əşyaların siyahısını dəqiqləşdirməyə çalışır. Oğurlananlar arasında futbol topları və butsların da olduğu qeyd edilir.
Bildirilib ki, İngiltərə millisinin bu gün günorta saatlarında Kanzas Sitiyə çatması, avadanlıqların isə əvvəlcədən bazaya yerləşdirilməsi planlaşdırılırdı.
Hadisə ilə əlaqəli olduğu müəyyən edilən iki nəfərin saxlanıldığı da açıqlanıb.
İngiltərə millisi dünya çempionatındakı ilk oyunundan sonra ardıcıl olaraq Qana və Panama yığmaları ilə qarşılaşacaq.