15 iyun 2026. Bazar ertəsi

Braziliya millisinin 88 illik rekordu təhlükə qarşısında -


Braziliya millisinin 88 illik rekordu təhlükə qarşısında  -

Braziliya millisi dünya çempionatındakı çıxışına hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, “seleçao”nun mundialdakı ilk rəqibi Mərakeş yığması olacaq.

Maraqlıdır ki, Braziliya millisi son 88 ildə dünya çempionatlarında keçirdiyi ilk oyunlarda məğlub olmayıb.

20 oyundan ibarət bu uğurlu silsilə hələ 1938-ci il dünya çempionatında başlayıb. Həmin vaxt braziliyalılar əlavə vaxtda Polşa millisini 6:5 hesabı ilə məğlub etmişdilər.

Braziliya yığması dünya çempionatında ilk oyununda sonuncu dəfə 1934-cü ildə uduzub. Həmin turnirdə komanda İspaniyaya 1:3 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırmışdı.

Braziliya – Mərakeş qarşılaşması iyunun 14-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.







Dünya çempionatı

Mundiala buraxılmadı, amma...
  • Dünya çempionatı
  • 22:34 14.06.2026
Mundiala buraxılmadı, amma...
Fransa millisində Saliba sevinci
  • Dünya çempionatı
  • 01:33 14.06.2026
Fransa millisində Saliba sevinci