- Dünya çempionatı
- 23:23 14.06.2026
Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olaraq qalır.
90deqiqe.Az xəbər verir ki, keçmiş futbolçu hesab edir ki, 2026-cı il dünya çempionatında onun rekordu yenilənə bilər.
“Mən gözləyirəm ki, rekordum bu turnirdə qırılsın. Komandaların sayının artması daha çox oyunun keçirilməsi deməkdir. Bu isə futbolçulara daha çox qol vurmaq imkanı yaradır. Bununla bağlı heç bir problem görmürəm. Rekord gec-tez hər halda yenilənəcək. Bunu Lionel Messi edə bilər. Mən Messinin böyük azarkeşiyəm və həmişə də belə olmuşam”, – Kloze bildirib.
Qeyd edək ki, onun hesabında mundiallarda vurulan 16 qol var.Bu göstəriciyə ən yaxın futbolçular Argentina millisinin kapitanı Lionel Messi və Fransa yığmasının hücumçusu Kilian Mbappedir. Messi dünya çempionatlarında 13, Mbappe isə 12 qol vurub.
Argentina millisi dünya çempionatındakı ilk oyununu iyunun 17-də Əlcəzair yığmasına qarşı keçirəcək.