- Dünya çempionatı
- 23:23 14.06.2026
Niderland millisinin hücumçusu Kodi Qakpo yay transfer dövründə “Liverpul”dan ayrıla bilər.
90deqiqe.Az xəbər verir ki, futbolçunun xidmətində “Çelsi” klubu maraqlıdır. İngiltərə təmsilçisi dünya çempionatı başa çatdıqdan sonra hücumçunun transferini reallaşdırmağa çalışacaq.
Hazırda “Liverpul”un futbolçunun mümkün satışı ilə bağlı mövqeyi məlum deyil.
Kodi Qakpo 2023-cü ildə Niderlandın PSV klubundan “Liverpul”a 42 milyon avro qarşılığında transfer olunub. Onun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Niderlandlı futbolçu 2025/26 mövsümündə bütün yarışlarda 52 oyuna çıxıb. O, bu görüşlərdə doqquz qol vurub və altı məhsuldar ötürmə edib.
Futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.