25 sentyabr 2026. Cümə

Ralf Ranqnik Avstriya millisi ilə müqaviləni uzadıb


Ralf Ranqnik Avstriya millisi ilə müqaviləni uzadıb

Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik yığma ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssislə imzalanan yeni əmək müqaviləsi 2028-ci ilə qədər qüvvədə olacaq. Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

2026-cı il dünya çempionatında Avstriya millisi J qrupunda mübarizə aparacaq. Ranqnikin rəhbərlik etdiyi komandanın rəqibləri Argentina, Əlcəzair və İordaniya olacaq.

Futbol üzrə dünya çempionatı 2026-cı il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir.

Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il dünya çempionatının finalında Argentina Fransa yığması ilə qarşılaşıb. Əsas vaxt 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər