30 iyul 2026. Cümə axşamı

Pirlo dünya çempionatının favoritini açıqladı


Pirlo dünya çempionatının favoritini açıqladı

İtaliyanın sabiq yarımmüdafiəçisi Andrea Pirlo başlayan dünya çempionatı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o, turnirin gizli favoriti kimi Braziliya millisinin adını çəkib. Pirlo bunun səbəbi kimi komandanı çalışdıran Karlos Ançelottinin qalibiyyət mentalitetinə sahib olmasını göstərib.  

“Braziliya millisinin maraqlı rəqibləri var – Mərakeş və Norveç. Amma mən braziliyalılara üstünlük verərdim. Ançelotti yenidən möcüzə yarada bilər. Mən isə İspaniyadan, xüsusilə Pedri və Lamin Yamal kimi futbolçulardan möhtəşəm tamaşa gözləyirəm”, – Pirlo bildirib.

Xatırladaq ki, Pirlo və Ançelotti vaxtilə “Milan”da birlikdə çalışıblar.

Qeyd edək ki, Braziliya millisi turnirdə ilk oyununu bir neçə saat sonra Mərakeş yığmasına qarşı keçirəcək.







Dünya çempionatı

"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"
"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"