16 iyun 2026. Çərşənbə axşamı

Qətər son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı


Qətər son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunun 1-ci turunda Qətər və İsveçrə milli komandaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki,  oyun ABŞ-ın Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşən “Levis” stadionunda keçirilib. Görüşün baş hakimi Hondurasdan olan Said Martinez olub. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İsveçrə millisinin hücumçusu Brel Embolo 17-ci dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qarşılaşmanın sonlarında, 90+4-cü dəqiqədə Qətər millisinin müdafiəçisi Buələm Xuxi hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Qətər və İsveçrə milliləri aktivlərinə bir xal yazdırıb. Komandalar müvafiq olaraq turnir cədvəlində üçüncü və birinci pillələrdə qərarlaşıb. Kanada və Bosniya və Herseqovina da bir xala malikdir və ikinci və dördüncü yerləri bölüşür.

Qrupun ikinci turunda Qətər Kanada ilə (19 iyun), üçüncü turda isə Bosniya və Herseqovina ilə (24 iyun) qarşılaşacaq. İsveçrə isə ikinci turda Bosniya və Herseqovina (18 iyun), üçüncü turda Kanada ilə (24 iyun) oynayacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina Fransa ilə qarşılaşıb və əsas vaxtı 3:3 bitən oyunda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

Avtoqol Belçikanı məğlubiyyətdən xilas etdi
  • Dünya çempionatı
  • 01:07 16.06.2026
Avtoqol Belçikanı məğlubiyyətdən xilas etdi
İspaniya mundiala xal itkisi ilə başladı
  • Dünya çempionatı
  • 22:01 15.06.2026
İspaniya mundiala xal itkisi ilə başladı
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
  • Dünya çempionatı
  • 21:57 15.06.2026
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
Yamal dünya çempionatında debüt etdi
  • Dünya çempionatı
  • 21:54 15.06.2026
Yamal dünya çempionatında debüt etdi