14 iyun 2026. Bazar günü

Qətər dünya çempionatları tarixində ilk xalını qazandı


Qətər dünya çempionatları tarixində ilk xalını qazandı

Qətər milli komandası 2026-cı il dünya çempionatının B qrupunun 1-ci turunda İsveçrə ilə 1:1 hesablı heç-heçə edib.

90deqiqe.Az xəbər verir ki, bununla da Yaxın Şərq təmsilçisi dünya çempionatları tarixində ilk xalını qazanıb.

 Bu oyundan sonra Qətər və İsveçrə milliləri bir xala sahibdir. Komandalar turnir cədvəlində müvafiq olaraq üçüncü və birinci pillələrdə qərarlaşıb. Kanada və Bosniya və Herseqovina da bir xala malikdir və ikinci və dördüncü yerləri bölüşür.

Qrupun ikinci turunda Qətər Kanada ilə (19 iyun), üçüncü turda isə Bosniya və Herseqovina ilə (24 iyun) qarşılaşacaq. İsveçrə isə ikinci turda Bosniya və Herseqovina (18 iyun), üçüncü turda Kanada ilə (24 iyun) oynayacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən mundiala qədər Qətər yığması yalnız bir dəfə dünya çempionatında iştirak etmişdi. 2022-ci ildə komanda turnirə ev sahibi kimi avtomatik vəsiqə qazanmışdı.

Əlavə edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina Fransa ilə qarşılaşıb və əsas vaxtı 3:3 başa çatan oyunda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

Mundiala buraxılmadı, amma...
  • Dünya çempionatı
  • 22:34 14.06.2026
Mundiala buraxılmadı, amma...
Fransa millisində Saliba sevinci
  • Dünya çempionatı
  • 01:33 14.06.2026
Fransa millisində Saliba sevinci