30 iyul 2026. Cümə axşamı

Braziliya dünya çempionatında Mərakeşi məğlub edə bilmədi


Braziliya dünya çempionatında Mərakeşi məğlub edə bilmədi

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az  xəbər verir ki, C qrupunun maraqla gözlənilən oyununda Braziliya və Mərakeş milliləri üz-üzə gəliblər.

Nyu-Cersi ştatının İst Raterford şəhərində yerləşən "MetLayf" stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib. Komandalar meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

Matçda hesabı 21-ci dəqiqədə Mərakeş millisinin futbolçusu İsmael Saibari açıb. Braziliya yığmasının cavabı isə gecikməyib. Vinisius Junior 32-ci dəqiqədə fərqlənərək komandası üçün bərabərlik qolunu vurub.

Qarşılaşmanın qalan hissəsində tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib və komandalar hərəyə bir xal qazanıblar.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın təşkil etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.







Dünya çempionatı

"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"
"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"