25 sentyabr 2026. Cümə

Dik Advokat dünya çempionatları tarixində ən yaşlı baş məşqçi oldu


Dik Advokat dünya çempionatları tarixində ən yaşlı baş məşqçi oldu

2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Almaniya və Kurasao milli komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Kurasao yığmasının baş məşqçisi Dik Advokat dünya çempionatları tarixində komandasını rəsmi oyuna çıxaran ən yaşlı mütəxəssis olub. Hazırda onun 78 yaşı var (27 sentyabr 1947-ci il təvəllüdlü).

Bu oyunda o, özündən xeyli gənc olan Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla qarşılaşıb. Naqelsmannın 38 yaşı var.

Maraqlıdır ki, bu dünya çempionatında artıq üç dəfə turnirin ən yaşlı baş məşqçisi rekordu yenilənib. Turnirin ilk günündə bu rekord Cənubi Afrika millisinin baş məşqçisi Uqo Broos tərəfindən qeydə alınmışdı (74 yaş). Daha sonra həmin günün axşamı Çexiya millisinin çalışdırıcısı Miroslav Koubek də (74 yaş) bu göstəricini yeniləmişdi.

Qeyd edək ki, hazırda gedən oyunda Almaniya millisi Kurasao seçməsini 4:1 hesabıyla məğlub edir.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər