25 sentyabr 2026. Cümə

Seneqal millisinin formalarında dünya çempionatına görə dəyişiklik ediləcək


Seneqal millisinin formalarında dünya çempionatına görə dəyişiklik ediləcək

Seneqal milli komandasının futbolçuları dünya çempionatında formalarının dəyişdirilmiş versiyasında çıxış etməli olacaqlar.

90deqiqe.Az xəbər verir ki, buna səbəb futbol formalarında Afrika Millətlər Kubokundakı qələbəyə həsr olunmuş ulduz simvolunun yer almasıdır.

Xatırladaq ki, əvvəlki turnir qalmaqalla yadda qalmışdı — Seneqal yığması Mərakeşi məğlub etsə də, daha sonra nəticə ilə bağlı mübahisəli qərarlar fonunda titul müzakirə mövzusuna çevrilmişdi. Seneqal tərəfi kuboku geri qaytarmaqdan imtina etmiş və qələbəni simvolizə edən ulduzu formaya əlavə etmişdi.

Lakin Beynəlxalq Futbol Federasiyası həmin ulduzun çıxarılmasını tələb edib. Rəsmi izah isə ondan ibarətdir ki, formalarında ulduz simvolu yalnız dünya çempionatını qazanan milli komandalar üçün nəzərdə tutulur.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər