30 iyul 2026. Cümə axşamı

Almaniya Kurasaoya qarşı “qol şousu” sərgilədi


Almaniya Kurasaoya qarşı “qol şousu” sərgilədi

2026-cı il dünya çempionatının E qrupunun 1-ci turunda Almaniya və Kurasao milli komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma ABŞ-ın Hyuston şəhərində yerləşən “NRG Stadium” stadionunda oynanılıb. Oyunun baş hakimi Mərakeşdən olan Cəlal Cayed olub. Almaniya millisi 7:1 hesabı ilə qələbə qazanıb.

6-cı dəqiqədə Feliks Nmeça hesabı açaraq Almaniyanı önə çıxarıb. 21-ci dəqiqədə Livano Komenensiya bərabərlik qolunu vurub. 38-ci dəqiqədə Nikko Şlotterbek Almaniyanı yenidən önə keçirib. 45+5-ci dəqiqədə Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 3:1 edib.

47-ci dəqiqədə Camal Musiala dördüncü qolu vurub. 68-ci dəqiqədə Nataniel Braun beşinci qolla fərqi artırıb. 78-ci dəqiqədə Yozua Kimmix hesabı 6:1 edib. 88-ci dəqiqədə isə Deniz Ündav Almaniyanın yeddinci qolunu vurub.

Bu oyundan sonra Almaniya 3 xalla E qrupuna liderlik edir, Kurasao isə xalsız olaraq dördüncü pillədə qərarlaşıb. Ekvador və Kot-d’İvuar milli komandaları isə 1-ci turun digər matçında 15 iyun tarixində qarşılaşacaqlar.

2-ci turda Almaniya Kot-d’İvuar (20 iyun), 3-cü turda isə Ekvador (25 iyun) ilə üz-üzə gələcək. Kurasao isə 2-ci turda Ekvador (21 iyun), 3-cü turda Kot-d’İvuar (25 iyun) ilə oynayacaq.

Qrup mərhələsi 11–27 iyun tarixlərində davam edəcək. Hər komanda üç oyun keçirir. Pley-off mərhələsinə qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yeri tutan ən yaxşı səkkiz komanda yüksəlir.







Dünya çempionatı

"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"
"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"