- Dünya çempionatı
- 23:23 14.06.2026
Almaniya millisinin hücumçusu Kay Haverts Kurasao yığmasının qapısına daha bir qol vuraraq dubl edib.
90deqiqe.Az xəbər verir ki, o, ilk hissədə əlavə vaxtda fərqlənmişdisə, bu dəfə 88-ci dəqiqədə — oyunun sonuna yaxın yenidən qol vurub.
Bununla da Almaniya millisinin hesabı 7:1 olub. Qeyd edək ki, Almaniya dünya çempionatında sonuncu dəfə 2014-cü ildə belə böyük hesablı qələbə qazanmışdı — həmin vaxt komanda yarımfinalda Braziliyanı darmadağın etmişdi.
Xatırladaq ki, E qrupunda daha iki komanda da yer alır — Kot-d’İvuar və Ekvador. Bu iki yığma bu gün gecə saatlarında, Bakı vaxtı ilə 02:00-da qarşılaşacaq.