25 sentyabr 2026. Cümə

Almaniya dünya çempionatları tarixində qol rekorduna imza atdı


Almaniya dünya çempionatları tarixində qol rekorduna imza atdı

Almaniya milli komandası dünya çempionatlarının final mərhələlərində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki,  bu, 2026-cı il dünya çempionatının E qrupunun 1-ci turunda Kurasao ilə keçirilən və Almaniyanın 7:1 hesablı qələbəsi ilə başa çatan oyunda reallaşıb. Qarşılaşma ABŞ-ın Hyuston şəhərində yerləşən “NRG Stadium” stadionunda keçirilib. Oyunun baş hakimi Mərakeşdən olan Cəlal Cayed olub.

Almaniya millisinin dünya çempionatlarının final mərhələlərində vurduğu qolların ümumi sayı 239-a çatıb və bu göstərici ilə Braziliya millisindən (238 qol) önə keçib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il dünya çempionatının finalında Argentina və Fransa milliləri qarşılaşıb. Əsas vaxt 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Argentina 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər