15 iyun 2026. Bazar ertəsi

Yamal dünya çempionatının ilk oyununa ehtiyatda başlayacaq


Yamal dünya çempionatının ilk oyununa ehtiyatda başlayacaq

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının ilk turunda komandanın gənc ulduzu Lamin Yamalın start heyətində yer almayacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis H qrupunda Kabo-Verde yığmasına qarşı keçiriləcək oyun öncəsi futbolçunun vəziyyəti ilə bağlı danışıb.

Luis de la Fuente bildirib ki, Lamin Yamal tam hazır vəziyyətdə milli komandanın düşərgəsinə qoşulub və özünü yaxşı hiss edir. Bununla belə, futbolçu qarşıdakı matça ilk dəqiqələrdən başlamayacaq.

"Ən yaxşı xəbər odur ki, Lamin əla formadadır. O, gözlədiyimiz vaxtda milli komandaya qoşuldu. Özünü çox yaxşı hiss edir. Zədədən qayıdan digər futbolçular kimi onun da durumu qənaətbəxşdir. Lakin Lamin Yamal, Niko Uilyams və Viktor Munyos sabahkı oyuna start heyətində başlamayacaqlar. Oyunun gedişində meydana çıxıb-çıxmayacaqlarına daha sonra qərar veriləcək", - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, İspaniya millisi dünya çempionatının H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə mübarizə aparır. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundial iyulun 19-dək davam edəcək.







Dünya çempionatı

Mundiala buraxılmadı, amma...
  • Dünya çempionatı
  • 22:34 14.06.2026
Mundiala buraxılmadı, amma...