15 iyun 2026. Bazar ertəsi

Niderland son dəqiqələrdə qələbəni əldən verdi


Niderland son dəqiqələrdə qələbəni əldən verdi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında F qrupunun ilk turunda Niderland və Yaponiya milliləri üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən "AT&T" stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı ikinci hissənin əvvəlində Niderland millisinin kapitanı Vircil van Deyk açıb. Yaponiya yığmasının cavabı gecikməyib və Keyto Nakamura 57-ci dəqiqədə tarazlığı bərpa edib.

64-cü dəqiqədə Krisensio Sammervill Avropa təmsilçisini yenidən önə çıxarsa da, Yaponiya son dəqiqələrdə məğlubiyyətdən xilas olmağı bacarıb. Daçi Kamada 89-cu dəqiqədə vurduğu qolla komandasına vacib bir xal qazandırıb.

Beləliklə, F qrupunda ilk turun ardından Niderland və Yaponiya milliləri hərəyə bir xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıblar.

Qeyd edək ki, qrupun digər ilk tur oyununda İsveç və Tunis milliləri qarşılaşacaqlar.







Dünya çempionatı

Mundiala buraxılmadı, amma...
  • Dünya çempionatı
  • 22:34 14.06.2026
Mundiala buraxılmadı, amma...