30 iyul 2026. Cümə axşamı

İsveç mundiala möhtəşəm qələbə ilə başladı


İsveç mundiala möhtəşəm qələbə ilə başladı

2026-cı il futbol üzrə dünya çempionatında F qrupunun növbəti oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Meksikada baş tutan qarşılaşmada İsveç millisi Tunis yığması ilə üz-üzə gəlib.

Matç İsveç futbolçularının üstünlüyü şəraitində keçib. Skandinaviya təmsilçisi rəqib qapısından beş cavabsız top keçirərək 5:1 hesablı inamlı qələbə qazanıb.

Bu nəticə ilə İsveç millisi dünya çempionatında ilk üç xalını əldə edərək F qrupunda liderliyə yüksəlib.

Qrupun digər görüşündə isə Niderland və Yaponiya milliləri 2:2 hesablı heç-heçəyə razılaşıblar.

Qeyd edək ki, İsveç yığması növbəti turda iyunun 20-də Niderlandla qarşılaşacaq. Tunis millisi isə iyunun 21-də Yaponiya ilə münasibətlərinə aydınlıq gətirəcək.







Dünya çempionatı

"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"