- Dünya çempionatı
- 20:06 15.06.2026
Tunis milli komandasının baş məşqçisi Sabri Lyamuşi vəzifəsindən ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mütəxəssisin istefa qərarı 2026-cı il dünya çempionatının F qrupunda İsveç millisinə qarşı keçirilən oyundan sonra rəsmiləşib.
Tunis yığması mundialın ilk turunda İsveçə ağır məğlubiyyətlə üzləşib. Komanda rəqibinə 1:5 hesabı ilə uduzaraq turnirə uğursuz start verib.
Federasiya rəhbərliyi və baş məşqçi arasında aparılan müzakirələrdən sonra tərəflərin əməkdaşlığına son qoyulub.
Qeyd edək ki, Tunis millisi dünya çempionatının növbəti oyununda Yaponiya yığması ilə qarşılaşacaq. Komandanın bu görüşə hansı məşqçinin rəhbərliyi altında çıxacağı isə yaxın günlərdə məlum olacaq.